Bakıdakı müəmmalı gurultu ilə bağlı AÇIQLAMA

Bakıdakı müəmmalı gurultu ilə bağlı AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakının Səbail və Yasamal rayonları ərazisində dünən eşidilən müəmmalı gurultunun zəlzələ ilə bağlılığı yoxdur”.

“A24.az” bildirir ki, bu sözləri “modern.az”a açıqlamasında AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, stansiyada qeyd olunan yazılar zəlzələ yazısı olmayıb.

“Həmin gün biz analiz etdik və birmənalı şəkildə məlum olub ki, zəlzələ baş verməyib. Sadəcə, yerin səthində müşahidə olunan hər hansı hadisə və partlayış olub ki, bunu da aidiyyəti qurumlar araşdırmalıdır. Yəni həmin gurtultunun yerdaxili proseslərə aidiyyəti yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “modern.az” saytına olayla bağlı hər hansı informasiya olmadığını bildirib:

“Partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırış daxil olmayıb. Müraciət daxil olmadığından araşdırma aparılmır. Çünki araşdırma hər hansı çağırış üzrə başlanılır”.

Qeyd edək ki, martın 27-də, saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı gurultu eşidilib. Həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Həmin səsələ paralel Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar