"BakıKart"larına gediş haqlarını onlayn yükləyəcəyik

“BakıKart”larına gediş haqlarını onlayn yükləyəcəyik
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün “BakıKart” kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq.

“A24.az” xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələrə) göstərilir: “BakıKart”ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq”.

İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin “BakıKart”ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar