Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır
Want create site? Find Free WordPress Themes and plugins.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanmanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar