Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi qeyd olunacaq

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi qeyd olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabr ayının 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyinin dövlət səviyyəsində geniş qeyd edilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin nümayəndəsi, ehtiyatda olan polkovnik Abdulla Qurbani məlumat verib.

A.Qurbaninin sözlərinə görə, bu münasibətlə paytaxtda möhtəşəm tədbirin keçirilməsi planlaşdırılır.

Nazirlik nümayəndəsi tədbirdə Türkiyədən də qonaqların iştirakı nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun birləşmiş qüvvələri 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edib. Bundan sonra Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar