Bakının bu ərazisində yaşayanların başına daş yağa bilər - VİDEO

Bakının bu ərazisində yaşayanların başına daş yağa bilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlik qadağa qoysa da, ərazidə tikinti davam edir, uçqun və sürüşməyə isə istinad divarları belə tab gətirmir.

A24.Az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yoldan gedir.

Sıldırım qayalar, sürüşən ərazi, yandırılan torpaq qatı. Ən təhlükəlisi isə odur ki, burada məskunlaş sakinlərin üzərinə böyük daş parçaları düşə bilər. Yolda hərəkətin təhlükəsizliyi üçün tikilən istinad divarı da ömrünü başa vurub desək yanılmarıq. Əks halda belə görüntü ilə qarşılamazdıq.

Mütəxəssislərin fikrincə, sürüşmə və uçqun təbii prosessdir. Onun qarşısını almaq bəzən müşkülə çevrilə bilər. Amma qabaqlayıcı tədbirlərlə təhlükəni önləmək olar. Məsələn elə istinad divarlarını yeniləmək və daha möhkəm etməklə.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar