Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI 

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“Formula 1” üzrə Azərbaycan Qran Prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

A24.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaqlar: “Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar