Bakının qədim gerbi - VİDEO

Bakının qədim gerbi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın qədim simvol və ya atributları hər zaman maraqlı tədqiqat mövzusu olub. Bəzi mənbələr hətta dünya tarixində müxtəlif rəmzlərin ilk dəfə olaraq məhz Azərbaycanda olan qayaüstü rəsmlərdə əksini tapdığını qeyd edir.

İçərişəhərin şimal darvazası sayılan “Qoşa Qala qapıları” üzərində həkk olunan təsvirlər göstərir ki, hələ orta əsrlərdə Bakının öz gerbi olub. 1683-cü ildə Bakıya gələn alman səyyahı Engel Bert Kemfel bu təsviri belə şərh edib: “üzbəüz dayanan iki şir qala divarlarını, ortadakı öküz başı dövləti, yəni qalanı, günəş və ay altında gecə-gündüz qoruyur”.

Akademik Çingiz Qacarın “Köhnə Bakı”nda qeyd edilir ki, İçərişəhər və onun ətrafında aparılan qazıntılar zamanı dəfələrlə öküz başı təsvirlərinə rast gəlinib. Məlumdur ki, öküz zərdüştlərin inanclarında dərin hörmət və ehtirama malik olub. İstisna deyil ki, Bakının ilk gerbi məhz öküz başı olub. Kitabda həmçinin qeyd edilir ki, öküzün hər iki tərəfində təsvir olunan şirlər zərdüştlərin məskəni olan qalanın Səfəvilər tərəfindən işğal edilməsini simvolizə edə bilər. Lakin XV əsrə aid edilən Cümə məscidinin minarəsində aşkar edilən heraldik formalı 4 şir təsviri şirlərin Şirvan gerbi ilə bağlılığına işarə oluna bilər.

“A24.az” mövzu ilə bağlı videoreportajı təqdim edir:

https://www.youtube.com/watch?v=Oj7ipeNxans

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar