Bakıya gətirilən Ermənistan məhsulları məhv edildi - FOTO

Bakıya gətirilən Ermənistan məhsulları məhv edildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Oktybarın 9-da Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız,mənşəyi bilinməyən,həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. 

DGK-dən A24.az-a verilən məlumata görə, ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarişiq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2016-18-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız,mənşəyi bilinməyən,həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr  içkilər də olub.

Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar