Bakıya yağıntı normadan artıq düşüb

Bakıya yağıntı normadan artıq düşüb
Want create site? Find Free WordPress Themes and plugins.

2018-ci il sentyabrın 22-si axşamdan 23-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

“A24.az” bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçib, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxıb, arabir yağış yağıb, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bildirilir ki, yağış Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar