“BakuBus” avtobusu qəza törətdi - VİDEO

“BakuBus” avtobusu qəza törətdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının mərkəzində qəza baş verib. Xətai rayonu ərazisində “BakuBus”a məxsus avtobus “Maserati” ilə toqquşub. 

“A24.az” ANS PRESS-ə istinadən xəbər verir ki, Avtoqəza Afiyəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb. Müəyyən edilib ki, 8 saylı xətt marşrutu üzrə hərəkət edən və “BakuBus” MMC-yə məxsus “İveko” markalı sərnişin avtobusu Afiyəddin Cəlilov küçəsindən Ayaz İsmayılov küçəsinə keçməklə Nobel prospektinə doğru hərəkət edirmiş. Bu zaman Afiyəddin Cəlilov küçəsilə Yusif Səfərov küçəsi istiqamətində hərəkətdə olan “Maserati” markalı minik maşını onunla toqquşub.

Sərnişin avtobusu sola dönən zaman “Maserati” markalı avtomobili onu gözləməyib. Nəticədə toqquşma qaçılmaz olub. Yol qəzasında xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin müfəttişləri cəlb olunub və müvafiq müayinələr aparılıb. Sonrakı araşdırmalar zamanı avtotexniki ekspertizaların təyin ediləcəyi də istisna deyil.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar