"BakuBus" sərnişinlərlə bağlı daha bir video dərc etdi - VİDEO

“BakuBus” sərnişinlərlə bağlı daha bir video dərc etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“BakuBus” sərnişinlərlə bağlı yaşanan növbəti qalmaqalı yayımlayıb.

A24.Az xəbər verir ki,  “BakuBus”ın  yaydığı açıqlamada bildirilir:

“İyulun 20-si saat 22:36 radələrində “BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb. Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamğa davam etmiş və təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuşdur. Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olmuşdur. Ancaq, hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk etmişdir.

Qeyd edək ki, sərnişinin qaydalara zidd hərəkəti 21 nömrəli xətt avtobusunun qrafikə uyğun fəaliyyətini pozmaqla yanaşı, sərnişinlərin də böyük narazılığına səbəb olub.
“BakuBus” olaraq bildirik ki, hər bir sərnişin mövcud qanunvericiliyə uyğun olaraq avtobusa daxil olarkən digər sərnişinləri narahat edəcək, ölçüləri nəzərdə tutulmus qaydalardan artıq olan əşyalarla, texniki vasitələrlə ictimai nəqliyyatdan istifadə etməməlidir.

Təcrübə göstərir ki, bu kimi hallarda avtobusda olan digər sərnişinlərin qaydaları pozan sərnişinə qarşı öz reaksiyalarını göstərmələri həlledici rol oynayır. Ona görə də bu kimi hallarda sərnişinlərimizin daha aktiv olmalarını və ictimai qınaq mexanizmini yaratmaqla qaydaları pozan sərnişinə qarşı münasibət bildirmələrini xahiş edirik.

Eyni zamanda hər bir sərnişin avtobusda olan digər sərnişinlərin təhlükəsizlik və rahatlığını nəzərə alaraq, öz şəxsi maraqlarına uyğun davranmamalı, avtobusda ictimai maraqları üstün tutmalıdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar