“BakuBus”ın 3 nömrəli marşrutu istiqamətini dəyişdi

“BakuBus”ın 3 nömrəli marşrutu istiqamətini dəyişdi
Want create site? Find Free WordPress Themes and plugins.

“BakuBus” MMC 3 nömrəli marşrut xəttinin istiqamətində dəyişiklik edib.

“A24.az” xəbər verir ki, MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın APA-ya verdiyi məlumata görə, bu addım Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb.

“Martın 25-dən etibarən “BakuBus”a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun “Azadlıq prospekti” stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun “Dərnəgül” stansiyasının önü olacaq. Hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək”, – deyə o qeyd edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar