Balaca Aylanı xilas edək!

Balaca Aylanı xilas edək!
Want create site? Find Free WordPress Themes and plugins.

Hazırda 2 yaş 5 aylıq olan Ayla Azayeva kəskin leykoz L2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi kifayət qədər bahalıdır. Bu üzdən balaca Aylanın valideynləri yardımsevər, mərhəmətli həmvətənlərindən kömək istəyir.

Aylanın atası Fərhad Azayev “a24.az”a göndərdiyi müraciətdə saytımız vasitəsilə oxuculara səslənir, qızının xilası üçün maddi yardım göstərilməsini istəyir.

Onun məlumatına görə, hazırda Ayla Belarusda Uşaq Onkologiya, Hemotologiya və İmmunologiya Mərkəzində müalicə olunur. Bir çox insanların yardımı və maddi dəstəyi ilə müalicə olunan Aylanın səhhəti artıq yaxşılığa doğru gedir. Ona görə də xəstəliyin müalicəsi üçün artıq 30 000 (otuz min) deyil, 15 000 dollar vəsait tələb olunur. Buna görə də mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz.

Balaca Aylanın valideynləri körpələrinə göstərilən maddi və mənəvi yardıma görə hər kəsə öz minnətdarlığını bildirir.

Əlaqə nömrəsi: 070 378 93 44, Fərhad Azayev. Online bank hesabı: 4127 2222 3913 3028.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar