Balakən Sərhəd-Keçid Məntəqəsində nələr olur? - ŞİKAYƏT-VİDEO

Balakən Sərhəd-Keçid Məntəqəsində nələr olur? – ŞİKAYƏT-VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün “a24.az”ın elektron ünvanına Elşad Həmidovun adından şikayət məktubu daxil olub. Məktubda vətəndaş Balakən Sərhəd-Keçid Məntəqəsində qarşılaşdığı özbaşınalıq məmur özbaşınalığından şikayətlənir. Videomaterial və sənəd də yer aldığı məktubu olduğu təqdim edirik:

Hörmətli redaksiya.

Diqqətinizə çatdırıram ki, 18 İyul 2015 ci il tarixində biz üç yaxın dost -mən Həmidov Elşad Cavanşir oğlu, Həmzəyev Səbuhi və Haciyev Oktay Kamil oğlu Gürcüstanın Lagodexi sərhəd-keçid məntəqəsindən Azərbaycana Balakən sərhəd-keçid məntəqəsinə minik avtomobillə daxil olduq. Gürcüstan keçid məntəqəsində təxminən 2 dəqiqə ərzində yoxlanılmaqla Respublikamızın sərhədinə keçdik. Bu müddətdən sonra bizləri şoka salan hadisələrin şahidi olduq. Respublikamızın Balakən sərhəd-keçid məntəqəsində minik avtomobilimiz 5 saat qeyri-qanuni olaraq saxlanıldı. Avtomaşının sərhəd-keçid məntəqəsindən buraxılmamasının səbəbi bizim Gürcüstan Respublikasından 380 larıyə (yəni 180 AZN) və 200 lariyə (100 AZN) aldığımız velosopedlər olmuşdur. Əlbəttə ki, sürücünün minik avtomobilinin saxlanılması qeyri-qanuni bir əməldir və rüşvət tələbindən başqa bir şey olmamışdır. Biz bunun şahidi olduq və bütün bu baş verən özbaşınalıq halını tam detallı şəkildə video görüntüyə aldıq. Video görüntüdə sərhəd-keçid məntəqəsinin növbə rəisi Sədi Sədilinin qeyri-qanuni əməlləri, danışıqları qeyd olunmuşdur. Yuxarıda adını qeyd etdiyim dövlət məmuru bizdən rüşvət olaraq 115 AZN tələb etdi və əllbəttə ki, biz bu pulun qeyri-qanuni olduğunu nəzərə alaraq öz etirazımızı bildirdik. Cavabında dövlət məmuru burda belədir, 115 AZN ödəyin özünüzə problem yaratmayın, sakitçə keçin cavabını verdi. Biz bir anlıq özümüzü cinayətkar hesab etdik, halbuki, bu dırnaqarası dövlət məmuru Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 305 Qərarından (http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1159/) bixəbərdir.

2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası –

2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

Balakən sərhəd keçid məntəqəsində olduğumuz zaman bir çox qanunsuzluqların şahidi olduq.

Buna misal məndən rüşvət olaraq tələb edilən 115 AZN, mütəmadi olaraq bizə yaxınlaşan sərhəd-keçid məntəqəsinin işçilərinin, monopolistlərin bizi rüşvət verməyə razı salmaq, saatlarla insanların keçid məntəqəsində incidilməsi (yəni əsas olaraq gözlədilməsi), bizə məmurların hədə- qorxu gəlməsi (burda elə oğlanlar deyib vermirik, lakin sonda razılaşıb), saatlarla sürücülərin qapıda gözlədilməsi (halbuki, keçid məntəqəsində məmurların oturub siqaret çəkdiyinin şahidi olmuşuq), soruşduqda bizə cavab olaraq lazım gəldikdə çağıracağıq deməsidir. Bizi o dərəcəyə gətirib çatdırdılar ki, aldığımız velosipedlərin burada saxlanma məntəqəsinə verilməsini istədik, lakin “saxlanma məntəqəsi bağlıdır, səhərə qədər gözləməlisiniz” cavabını aldıq. Bundan başqa biz rüşvət verməmək üçün Gürcüstana geri dönüb digər keçid məntəqəsindən daxil olmağı istədik, lakin buna belə icazə verilmədi. Cibimizdən halal pulla aldığımız, əziyyət çəkib gətirdiyimiz əşyaları hansısa savadsız dövlət məmuruna görə sərhəd- keçid məntəqəsindən keçirə bilmirik, sizcə bu acınacaqlı hal deyilmi? Kim bunlara bu səlahiyyəti verir? Nə üçün qanunlarımıza riayət olunmur? Bu şəxslər kimlərə güvənir? Başqa keçid məntəqələrini deyə bilmərəm, lakin Balakən sərhəd-keçid məntəqəsində hadisələr cox acınacaqlıdır. Məmurların insanlarla rəftarı tam etik qaydalara ziddir. Keçid məntəqəsində  məmurlar insanların rahat gediş-gəlişini təmin etmək əvəzinə vətəndaşlara əziyyət verir, səbəbsiz gözlətdirir, qeyri qanuni rüşvət tələb edir, dayanacağa daxil olan hər bir avtomobilə elə hücüm çəkir ki, elə bil cinayetkar tutublar. Bizim avtomobilin sürücüsü Haciyev Oktay Kamil oğlu bu hadisənin şahidi olub, məmurlara “ay kişi, dayanın nə edirsiz, nə baş verir, mən terrorist deyiləm, gəzməkdən gəlirəm” ifadəsini işlədib. 5 saat uzun gözləntidən sonra bizim rüşvət verməyəcəyimizi başa düşərək  bizə gömrük mədaxil orderi hazırladılar. Bu order tam əsassız, qeyri-qanuni, velosipedlərin qiyməti 220 AZN qeyd edilmiş (əlimizdə malın satınalma qəbzləri oluğu halda), şişirdilmiş qiymətlər əks etdirən qanunsuz sənəd hazırlamışlar.

Mən ödəyəcəyim məbləğin artıq hər hansı bir məmurun cibinə deyil, dövlət büdcəsinə keçəcəyini bildiyim üçün 90,48 AZN məbləğin ödənilməsinə razılıq verdim. Razılıq verməmin səbəbi də, şənbə günü heç bir dövlət qurumlarının (Gömrük Komitəsinin qaynar xətti, Korrupsiyaya dair mübarizə idarəsi, Prezident Aparatı və digər güc strukturlarının)  işləmədiyi üçün olmuşdur.

Diqqətinizə çatdırıram ki, mən ali təhsilli bir vətəndaş kimi Azərbaycan Respublikasının qoyduğu qanunlara hörmətlə yanaşıram və hər zaman dövlət məmurlarının rüşvətdən uzaq olmasını istəmişəm. Əfsuslar olsun ki, hələ də bəzi dövlət strukturlarında bu rüşvət faktoru danılmazdır və biz Azərbaycan gənclərinin üzərinə düşən ilk vəzifələrdən biri rüşvət və korrupsiya hallarının qarşısının alınmasında dövlətimizə əlimizdən gələn dəstəyi verməliyik.

Yuxarıda qeyd olunan qanunsuzluqları nəzərə alaraq xahiş edirəm ki, mənim şikayətimə baxasınız. Haqlı olduğum sübuta yetirilərsə ödədiyim əlavə 90.48 AZN  məbləğin mənə geri verilməsində mənə köməklik edəsiniz. Həmçinin bilməyinizi istərdim ki, mən və dostlarım bütün güc strukturlarına bu özbaşınalıqla bağlı rəsmi məktub yazacağıq. İnanırıq ki, haqq və ədalət öz yerini tapacaq.

Redaksiya qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Şikayətçinin göndərdiyi videonu və fotonu təqdim edirik:

https://www.youtube.com/watch?v=z1d3WinF1ZQ

odenish-qebz-sikayet

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar