Balıqçılardan daha birinin meyiti tapıldı

Balıqçılardan daha birinin meyiti tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan daha birinin – İlqar Daşdəmirovun meyidi tapılıb.

“A24.az” APA-ya istinadən xəbər verir ki, İ.Daşdəmirovun meyidi bu gün səhər saatlarında tapılıb.

Hadisə baş verdikdən sonra itkin düşən üç balıqçının axtarışlarına bir helikopter və FHN-nin Xaçmaz regional bürosunun əməkdaşları cəlb olunmuşdu.

İtkin düşən balıqçılardan birinin Həmzə Nurəddinovun meyidi ötən həftə tapılmışdı. Laçın Laçınovun meyidinin isə hələlik tapılmadığı bildirilir.

İtkin düşən balıqçılardan ikisi – Həmzə Nurəddinov, Laçın Laçınov rayonun Tikanoba kənd sakinləridir, İlqar Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib və bu barədə FHN-ə məlumat verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar