Banklarda sahibkar qadınlara güzəşt olacaq - VİDEO

Banklarda sahibkar qadınlara güzəşt olacaq – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bundan sonra qadınlar daha aşağı faizlə kredit ala biləcəklər.

Bu beynəlxalq maliyyə qurumları ilə Mərkəzi Bank arasında müzakirə edilən yeni layihənin qəbulu ilə gerçəkləşə bilər.

Qadın sahibkarların cəmiyyətdə rolunun yüksəldilməsinə və onların sayının artırılmasına hesablanan layihədə qadınlar üçün kredit ödənişlərində də bir sıra güzəştlər nəzərdə tutulub.

Ancaq qadınlar üçün nəzərdə tutulan bu kredit güzəştindən süni istifadə hallarının ola biləcəyi də istisna edilmir. Məsələn, kredit qadının adından götürülsə də, biznes fəaliyyətini kişi idarə edərək kredit faizlərindən yayına bilər. Ancaq ekspertlər bu sahədə nəzarət mexanizmləri ilə belə halların qarşısının alınmasını mümkün hesab edirlər.

Hazırda müzakirə mərhələsində olan layihənin reallaşması ilə Azərbaycanda qadınlara xas olan xalçaçılıq, dərzilik və digər sahələrin inkişafında yeni mərhələ başlaya bilər.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=UJbf2s-f93E

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar