Baqa şəhəri Boko Haramdan geri alındı

Baqa şəhəri Boko Haramdan geri alındı
Want create site? Find Free WordPress Themes and plugins.

Çad birlikləri Baga şəhərini Boko Haramdan geri aldı.

Baqa şəhəri Nigeriyanın şimal-şərqində yerləşir. Bu şəhərə Boko Haram xadimlərinin hücumları nəticəsində 2 min adamın öldüyü iddia edilirdi. İndi isə Baqa şəhərinin təşkilatdan geri alındığı bildirildi.

Bölgədəki müdafiə qüvvələrinin spikeri Yubrin Qunda, “Çad birliklərinin Baqanı yenidən ələ keçirdiyi və Monquno şəhərinə yönəldiyi məlumatını aldıq” dedi.

Qundo qeyd etdi ki, bölgədəki komunikasiya şəbəkəsinin zəif olduğu səbəbiylə proseslərə dair dəqiq məlumatlar yoxdur. Buna baxmayaraq Çad birliklərinin Malamfatorini də terroristlərdən xilas edildiyi açıqlandı.

Nigeriya ordusu spikeri Kris Olukoladenin verdiyi məlumata görə, əməliyyat Çad və Niger birliklərindən ibarət çoxmillətli döyüşçülər tərəfindən edildi.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar