Barmaq izləri skanerinə malik yeni SMARTFON

Barmaq izləri skanerinə malik yeni SMARTFON
Want create site? Find Free WordPress Themes and plugins.

“LG Electronics” şirkəti “X2” adlı orta texniki səviyyəli smartfonunu təqdim edib. Yeni aparat barmaq izləri skanerinə malikdir.

A24.Az xəbər verir ki, qurğu “IPS” matrisindən istifadə edən “HD” (1280×720 piksel) formatlı 5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. “MicroSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür.

İşıq diodu işıqlandırıcısına malik əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Həmçinin “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2” və “GPS” kimi simsiz kommunikasiya vasitələri dəstəklənir.

2500 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilmiş smartfon “Android 7.1.2 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Aparatın ölçüləri 144,8×71,9×8,2 mm, çəkisi 152 qr-dır. “Auto Shot” (selfi çəkilişi zamanı sifətin avtomatik tanıması) və “Quick Share” (mesaj və ya SNS vasitəsilə şəkillərin ani ötürülməsi) kimi funksiyalar əlçatandır.

Yalnız qara rəngli korpusda satışa çıxarılacaq “LG X2” smartfonunun  Cənubi Koreya bazarında dəyəri təxminən 176 dollar təşkil edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar