Baş nazir yumurta atəşinə tutuldu - VİDEO

Baş nazir yumurta atəşinə tutuldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Albaniyada baş nazir yumurta hücumuna məruz qaldı. Telefonla çəkilən bu kadrlar Albaniyanın paytaxtı Tiranada qeydə alınıb.

Baş nazir Edi Rama Dövlət Univeristetinin Sosial Elmlər fakultəsinin açılış mərasimində çıxış edib. Çıxışdan sonra universitetin həyətini gəzməyə başlayan zaman baş nazir gözlənilmədən yumurta atəşinə tutulub.  Hökumət başçısı bir anda nə baş verdiyini anlamayıb. Təhlükəsizlik xidməti əməkdaşları isə cəld şəkildə baş naziri ərazidən uzaqlaşdırıblar.

Həvəskar kadrlarda təhlükəsizlik xidməti ilə tələbələr arasında qısamüddətli qarşıdurmanın yaşandığı öz əksini tapıb. Hadisə ilə əlaqədar 11 tələbə saxlanılıb.

“A24.az” hadisə ilə bağlı videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=6UGEL7kxzSE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar