Baş nazirdən XƏBƏRDARLIQ: İŞİD təhlükəsi davam edir

Baş nazirdən XƏBƏRDARLIQ: İŞİD təhlükəsi davam edir
Want create site? Find Free WordPress Themes and plugins.

İraqın baş naziri Heydər əl İbadi ölkədə terrorla mübarizənin hərbi səviyyədə yekunlaşdığını bildirərək, “yatan hüceyrələr” və İŞİD təhlükəsinin davam etdiyini ikinci dəfə xatırladıb.

A24.Az xarici mediyaya istinadən xəbər verir ki, İbadi Bağdadda üzvü olduğu İslami Dava Partiyası tərəfindən təşkil olunan seçki proqramında etdiyi çıxışında, “İŞİD-lə qurudakı müharibəmiz bitdi. Bütün ölkə torpaqlarını xilas etdik və Suriya sərhədinə qədər gedərək orada da nəzarəti təmin etdik. Ancaq İŞİD terrorunun ideologiyası və “yatan hüceyrələr” təhlükəsi davam edir. Bu barədə hər kəsi xəbərdar edirəm”, – deyə əlavə edib.

İraqda İŞİD-in təxmin edilən müddətdən daha az bir zaman kəsiyində məğlub edildiyini ifadə edən İbadi, “Bəzi ölkələr İŞİD-lə mübarizəmizin uzun müddət davam edəcəyini düşünürdü. İranlı rəsmiləri mənə İŞİD-lə müharibənin 10 ilə qədər davam edəcəyini söyləmişdi. Ancaq biz bunu qısa müddətdə həll etdik”, – deyə İbadi vurğulayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar