Baş redaktordan prezidentə müraciət: "Biz inanırıq ki, sizin dəstəyinizlə mənzil sahibi olacağıq"

Baş redaktordan prezidentə müraciət: “Biz inanırıq ki, sizin dəstəyinizlə mənzil sahibi olacağıq
Want create site? Find Free WordPress Themes and plugins.
22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün media işçilərini təbrik edirəm. Əslində medianın qabaqcıl nümayəndələri ilə münasibətimin yaxşı olmasına çox sevinirəm. Mətbuat mənim inkişafımda əvəzolunmaz təhsil ocağıdır. Aldığım təhsillə yanaşı, mətbuatın da həyatımda mükəmməl rolu var. Mənə təkan verən, ilhamlandıran hər bir media qabaqcıllarını xüsusilə təbrik və təşəkkür edirəm. 
Bunu da yaddan çıxarmaq lazım deyil ki, Prezidentin imzaladığı sərəncama əsasən bu əziz insanlardan bir çoxuna ev verildi.  Onların hər birinin bu sevincli gününə çox sevindim, çünki bu mənimdə sevincimdi. Ancaq etiraf etməliyəm ki, muasir jurnalistika öz inkişafında pik nöqtəyə Ölkə Prezidenti jurnalistlərin dostu, himayədarı hümanist və qayğıkeş insanın təxirə salınmaz tədbirləri sayəsində çatıb. Bütün media işçiləri kimi məndə Ölkə Prezidentinə Sfera.az kollektivi adından evlə təmin olunan dostlara görə təşəkkür edirəm. Hər zaman var olun ki, biz gənclərə dəstək və qayğı göstərirsiniz. Artıq bütün dünyaya Sizin yürütdüyünüz siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunması məlumdur. Sizin yürütdüyünüz siyasət qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılmasına yol açır. Bunların bariz nümunəsi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun aşağıdakı devizidir:
“Mədəni müxtəliflik bizi ayıran və fərqləndirən məsələ deyil, faktiki surətdə bütün bəşəriyyət üçün vahid gələcəyi hazırlayan, davamlılığı və yeniləşməni ifadə edən vəzifədir”. 

Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Azərbaycan Prezidentinin xanımı Fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür.

Cənab Prezident!
Sizin və Mehriban xanım Əliyevanın vətənə, xalqa, o cümlədən  mətbuat işçilərinə qarşı olan qayğıkeşliyiniz xalqımız tərəfindən alqışlanır və təqdirə layiqdir.  Biz inanırıq ki, bizim kimi gənclər, xüsusilə də biz Məmmədovlar ailəsi sizin dəstəyinizlə kirayə evlərdən xilas olub mənzil sahibi olacağıq. Qeyd edim ki, hazırda iki ailə bir mənzilə sığışaraq kirayə qalırıq. Ümid edirəm ki, həmkarlarımı sevindirdiyiniz kimi bizi də sevindirib mənzil sahibi olmağımıza dəstək olacaqsınız.
Son olaraq əlavə edim ki, 2008-ci ildən 840 min nəfərlik üzvü olan böyük “Azərbaycan-Azərbaycan” səhifəmiz və 2012-ci ildən fəaliyyət göstərən Sfera.az xəbər portalı Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanımın yürütdüyü siyasəti dəstəkləyir və xidmət göstərir.
Biz Sizinlə fəxr edirik Cənab Prezident!
Sfera.az xəbər portalının Baş redaktoru Ozal Məmmədov
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar