BDU-da bu ixtisas ləğv olundu

BDU-da bu ixtisas ləğv olundu
Want create site? Find Free WordPress Themes and plugins.

2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb.

“Dinşünaslıq ixtisasının bağlanması Türkiyə ilə  bağlı məktəb sisteminin fəaliyyətinə xitam verilməsi deməkdir”

A24.Az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa BDU-nun İlahiyyat fakultəsində Dinşünaslıq ixtisasına qəbulun dayandırılmasına münasibət bildirərkən belə deyib.

“Bakı Dövlət Universitetinin İlahiyyat Fakultəsini də bu ildən tələbə almamaqla sıradan çıxarırıq. Bu qardaş Türkiyə ilə bağlı olan növbəti məktəb sisteminin fəaliyyətinə xitam verilməsi deməkdir. Bunun Azərbaycan saatı ilə işləyənlərin maraqlarına uyğun olmadığı aydındır, ancaq ən çox Qum saatı ilə işləyənlərin işinə yarayacaqdır. Bu yanlış addıma görə təəssüfümü və üzüntümü bildirirəm. Çünki bu fakültənin məzunlarının hesabınadır ki, din sferasında cahillik, xurafat, bizə düşmən ölkələrin maraqlarına xidmət etmə hərəkətləri baş alıb getmir”- deyə millət vəkili öz statusunda qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar