BDU-nun İlahiyyat fakültəsi bağlanır - İDDİA

BDU-nun İlahiyyat fakültəsi bağlanır- İDDİA
Want create site? Find Free WordPress Themes and plugins.
Bakı Dövlət Universitetinin  İlahiyyat fakültəsinə 2017-2018-ci tədris ili üzrə tələbə qəbulu planında mühüm bir yenilik tətbiq olunub.
Belə ki, Təhsil Nazirliyi tərəfindən BDU İlahiyyat fakültəsinə “dinşünaslıq” ixtisası üzrə qəbul planı verilməyib.
Teref.info bildirir ki, adı çəkilən fakültə bu gün “Dinşünaslıq”, “Tərcümə-ərəb” və “Tərcümə-fars” olmaq üzrə üç ixtisas bölməsinə ayrılsa da, məhz “Dinşünaslıq” ixtisasına əsasən İlahiyyat fakültəsi adını daşıyır.
Qaynağımız onu da qeyd edir ki, BDU İlahiyyat fakültəsinin “Tərcümə-ərəb” və “Tərcümə-fars” ixtisaslarına qəbul olan tələbələrin çoxu fakültəyə sənədlərini təqdim edənə qədər İlahiyyat fakültəsinə qəbul olduqlarından xəbərsiz olur.
Əslində abituryentlər ixtisas seçimi zamanı “Tərcümə-ərəb” və “Tərcümə-fars” ixtisaslarını seçərkən İlahiyyat fakültəsinin adı qeyd olunmadığı üçün adı çəkilən fakültənin tərkibində olan bir ixtisası seçdiklərindən xəbərsiz olurlar, hətta bəzən Regionşünaslıq – Şərqşünaslıq fakultəsini qazandıqlarını düşünənlər də olur.
Qəbul planında İlahiyyat fakültəsi “Dinşünaslıq” ixtisası ilə təmsil olunduğuna görə də yalnız bu ixtisasa qəbul olan tələbələr hansı fakültəni seçdiklərini əvvəlcədən bilirlər. Bəs,  görəsən bu fakültənin bağlanmasının səbəbləri, nəticələri nə ola bilər?
Bununla bağlı millət vəkili Fazil Mustafa A24.az-a açıqlamasında  bildirib  ki, bu, olduqca təhlükəli səhv olardı.
“Çox güman ki, burada şimalda və cənubdan uzanan əllər vardır. Türkiyənin müəyyən dərəcədə Azərbaycan üçün faydalı işlər görmək istəyənlərin önünü kəsməyə çalışanlar var. Çünki ilahiyyət fakültəsi ölkədə müəyyən dərəcədə cahilliyin qarşısını almaq üçün, xürafatın qarşısını almaq üçün daha yetkin kadrlar hazırlayır. İndiyə qədər bu təhsil ocağından çıxan çoxsaylı kadrlar var ki, onlar ölkədə müəyyən səviyyədə addımlar ata bilir. Ona görə də Azərbaycanın mütərəqqi görüşlü nə qədər din xadimləri varsa, əkəriyyəti bu qəlibdən çıxıblar”.
Millət vəkili  qeyd edib  ki, bu bilərəkdən Azərbaycanda islamın elmi şəkildə anlaşılması, daha sağlam islam anlayışına sahib olmaq üçün cəmiyyətin maariflənməsinə zərbə vurmaq niyyətini güdə bilər:
“Çünki burda müəyyən metodlardan da istifadə olunur: Mənə inandırıcı gəlmir bunlar. Burada məqsəd ilahiyyət fakultəsini sıradan çıxarmaq olduğunu düşünürəm. Buna yol vermək olamaz. Həm də bu birbaşa orda rəhbərlik edən kadırlar – Azərbaycanın tanınmış akademiki Vasif Məmmədəliyev və çox sayda insanlar çalışır. Əgər belə bir addım atılarsa, mən bunun çox ciddi bir yanlış olduğunu düşünürəm. Qafqaz universitetindən sonra Azərbaycan təhsilinə vurulan ən böyük zərbədir”.
Mövzunu davam etdirəcəyik. 

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm

Müzakirə

A24.Az