BDU-nun müəllimi vəfat edib - FOTO

BDU-nun müəllimi vəfat edib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin baş müəllimi, tarix elmləri namizədi Musayev Aydın Hacıbala oğlu dünyasını dəyişib.

“A24.az” “report.az”a istinadən bildirir ki, 1982-ci ildən dünyasını dəyişənə qədər BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Aydın Musayev 1951-ci il iyulun 22-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1974-1977-ci illərdə İsmayıllı rayonu, Vəndi kənd orta məktəbində müəllim, 1977-1979-cu illərdə Bakı şəhəri, Hövsan kəndi 118 №-li məktəbdə müəllim, 1977-82-ci illərdə Azərbaycan Dövlət Universitetində Ümumi tarix kafedrasında müəllim,1982-ci ildən dünyasını dəyişənə qədər Bakı Dövlət Universitetinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında baş müəllim işləyib.

505544_1

Did you find apk for android? You can find new Free Android Games and apps.
Təhsil
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs