BDU-ya Məmməd Əmin Rəsulzadənin adı nə vaxt qaytarılacaq?  

BDU-ya Məmməd Əmin Rəsulzadənin adı nə vaxt qaytarılacaq?
Want create site? Find Free WordPress Themes and plugins.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olacaq. Bu səbəbdən də prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Şərqdə yaranmış ilk demokratik respublika kimi adını tarixə yazdıran AXC-dən bu günə çoxlu miras qalıb. Onlardan biri də Bakı Dövlət Universitetidir. Universitetin ərazisinə daxil olarkən diqqət etsəniz “Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır” yazılmış mərmər lövhə görəcəksiniz. Uzun illərdir orada olan lövhə hələ də sahibinin büstünü gözləyir.
Bəs bu il cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər planında həmin büstün qoyulması və ya universitetə Məhəmməd Əmin Rəsulzadənin adının geri qaytarılması gözlənilirmi?
Milli Məclisin deputatı Fazil Mustafa sözügedən məsələlərlə bağlı Qaynarinfo-ya açıqlama verib. O, bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini müsbət qiymətləndirdiyini, lakin belə bir addımın atılacağını düşünmədiyini söyləyib:
“Yəqin ki, bunlar olmayacaq. Çünki Məhəmməd Əmin Rəsulzadə adının Azərbaycanda bir az qabardılmasına maraq yoxdur. Ona görə də inanmıram ki, büstü qoyulsun. O abidə formal olaraq, belə desək baş aldatmaq üçün ora qoyulub. Amma cümhuriyyətin 100 illiyinin qeyd olunması, prezidentin bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi müsbət haldır. Ən azı bundan istifadə edərək cümhuriyyət tariximizin tanıdılması, müəyyən dərəcədə ona dəyər verilməsi məsələsini gündəmə gətirmək olar. Bu baxımdan da mən bunu müsbət hadisə kimi qiymətləndirirəm. Amma bütövlükdə nə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi, nə də büstünün qoyulmasını görməyəcəyik. Hətta Fəxri Xiyabanda AXC-nin süqutunda birbaşa iştirakı olan bəzi azərbaycanlı bolşeviklərin başdaşlarında olan “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilib” yazıları da dəyişdirilməyəcək, o cümlədən Nuru Paşanın özünə də abidə qoyulmayacaq. Halbuki onlar Azərbaycanı, Bakını işğaldan azad ediblər, xalqımız qarşısında böyük xidmətləri var. Hələ ki, bunları anlatmaq çətin olur. Çoxları hələ başa düşmürlər ki, müstəqillik nə deməkdir, müstəqilliyin dəyəri nədir. Ümid edək ki, müəyyən düşüncə dəyişikliyi baş verər və bu istiqamətdə müsbət addımlar atılar”.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan hazırda bununla bağlı hər hansısa bir məlumatın olmadığı bildirildi.
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar