Belçikadakı terror Pasxada nəzərdə tutulmuşdu, amma…

Belçikadakı terror Pasxada nəzərdə tutulmuşdu, amma…
Want create site? Find Free WordPress Themes and plugins.

İŞİD-in Belçikadakı əsl hədəfi ortaya çıxıb. 

“A24.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, terror təşkilatı bu ölkədə əslində Pasxa bayramında hücumlar planlaşdırıb. Amma polisin keçirdiyi əməliyyatlar onların planlarını pozub.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-in Belçikadakı rəhbərləri öldürüldüyü üçün terror aktının vaxtı dəyişib. Adıçəkilən ölkədəki İŞİD liderlərindən Əlcəzair əsilli Muhamməd Belkaid polislə atışmada öldürülüb.

İngiltərənin “Times” qəzetinin iddiasına görə, İŞİD bayram günlərində ölkənin bir neçə bölgəsində terror aktı planlaşdırıb. Onların hücumları Kalaşnikov və müxtəlif  növ tüfənglərlə Parisdəki terrorun oxşarını həyata keçirəcəkləri iddia olunur.

Maraqlıdır ki, Belçika hava limanının xəritəsi Paris terrorunun təşkilatçılarından biri hesab edilən terrorçunun evindən də tapılıb. “Belga” agentliyinin məlumatına görə, xəritə Afinadakı mənzildə olub. Məhz bu evdə Abdulhəmid Abaaud – ötən ilin noyabr ayında Paris terronu təşkil edənlərdən biri yaşayıb.

Terror təşkilatının sosial şəbəkələrdəki üzvləri  İŞİD-in sonrakı hədəfləri ilə bağlı müzkirələr aparırlar. Qruplaşma üzvülərindən biri “yeni hücumlardan sonra Eyfel Qülləsini hansı rəngdə görmək istəyirsiniz” deyə istifadəçilərə sual ünvanlayıb.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metro stansiyasında partlayışlar baş verib. Nəticədə 34 nəfər həlak olub, 270 nəfər yaralanıb.

Fransa Belçikaya dəstək məqsədilə Parisdəki məşhur Eyfel qülləsini bu ölkənin bayrağındakı rənglərlə işıqlandırmışdı.

Terrora görə, İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi   məlum olub. Məlumata görə, qardaşların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü qeyd olunur.

Amma digər terrorçu hadisə yerindən qaçıb. Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. İŞİD Avropada yeni terror hadisələri törədəcəyini açıqlayıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar