Bələdiyyə sədrləri ayağa qalxdı - Cümə namazları ləğv edilsin - Azan himnlə əvəzləndi

Bələdiyyə sədrləri ayağa qalxdı – Cümə namazları ləğv edilsin – Azan himnlə əvəzləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Fransada bələdiyyə sədrləri küçədə namaz qılmağın dünyəviliyə zidd olduğunu irəli sürərək müsəlmanların Cümə namazını qılmasını əngəlləməyə çalışıb. Namaz qılanları yayındırmaq üçün də namaz ərəfəsindən Fransanın milli himnini oxunub.

A24.az xəbər verir ki, Parisin şəhərətrafı Clichy bölgəsindəki məscidin mart ayında bir bağlandığına görə məscidin camaatı təxminən 8 aydır ki, hər cümə günü bələdiyyə binası qarşısında namaz qılmağa başlayıb. Camaata reaksiya göstərən Clichy Bələdiyyəsinin sədri Remi Muzeau Parisdəki digər bələdiyyə sədrləri ilə birlikdə hüquqi dövlətin Respublikaçı Dünyəviliyini qorumaq məqsədi ilə namaz qılanlara etiraz etdiklərini bildiriblər. Çox sayda vətəndaşın da iştirak etdiyi etiraz aksiyasında “Fransa dünyəvidir” şüarları atılarkən milli marşlar da oxunub.

Etiraz çərçivəsində açılan nəhəng plakatda, “Qanunsuz küçə namazlarına xeyir” ifadəsi yer alıb.

Qeyd edək ki, mart ayında bələdiyyəyə aid olan məscid binası kitabxanaya çevrilib, əvəzində şəhərin uyğun olmayan bir yerində başqa bir ibadət sahəsi ayrılıb və buna da etiraz edən camaat hər Cümə namazını bələdiyyə qarşısında qılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar