Benzinin qiyməti niyə qalxdı?

Benzinin qiyməti niyə qalxdı?
Want create site? Find Free WordPress Themes and plugins.

Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı.

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Unikal.org xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən, Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.

Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.

Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib?

– ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;

– ekoloji mühitin yaxşılaşdırılması;

– artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;

– neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi;

– ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;

– artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;

– benzin ixracından xarici valyuta gəlirlərinin azalması.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar