“Beşiktaş”a şok, ulduz futbolçu klubu tərk edir

“Beşiktaş”a şok, ulduz futbolçu klubu tərk edir
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin “Beşiktaş” futbol klubunda Pepenin partnyoru olacağı gözlənilən Marselonun “Lyon”la razılaşması Fransa mediasında böyük səs-küyə səbəb olub.

A24.Az xəbər verir ki, Manqala transferində nəticə əldə edə bilməyən “Lyon” “Beşiktaş”ın braziliyalı futbolçusu ilə görüşüb , futbolçu “Klubumla razılaşın, mən gələrəm” cavabını verib.

Fransızlar bu cavabdan ümidlənərək, Türkiyə klubunun yenidən qapısını döyüblər. Marselonun transferi üçün fransızlar 6 milyon avro təklif ediblər. “Beşiktaş”ın istədiyi rəqəm isə 8 milyon avro olub. Marselonu israra trasfer etmək istəyən fransızlar  rəqəmə razı olublar. “Lyon” indi qara qartalların cavabını gözləyir.

Marselo isə Fransaya getməkdə qərarlıdır.

Nərmin Kərim , A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar