Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədri bu gün seçiləcək

Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədri bu gün seçiləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

A24.Az “APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X. Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.
Bundan öncə “APA-Economics” xəbər verib ki, “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir. Bank sektorundakı mənbəmiz bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar