A24 Xeber

Beynəlxalq mükafat alan halal brendimiz

Beynəlxalq mükafat alan halal brendimiz
1. 716
19 Sentyabr 2016 - 15:05

Halallığına görə nömrə bir olan “Min bərəkət, Halal nemət” brendi ilə tanınan “Səhliyalı” firması  Moskvada keçirilən beynəlxalq “Worldfood Moscow” sərgisində Azərbaycanı layiqincə təmsil edib.

A24.Az saytının məlumatına görə, 11-14 sentyabr 2016-cı il tarixində Moskvada keçirilmiş beynəlxalq “Worldfood Moscow” qida məhsullarının sərgisində 62 ölkədən 1522 şirkət iştirak edib. “Worldfood Moscow” qida məhsulları sərgisində geniş çeşiddə meyvə-tərəvəz, ət və süd məhsulları, balıq və ət konservləri, un və un məmulatları, çay və qəhvə, dondurulmuş məhsullar, sağlam qidalanma üçün yerli və xarici ölkələrin istehsalı olan içkilər təqdim olunub. “Worldfood Moscow” sərgisi həm kiçik, həm də iri müəssisələrə satış coğrafiyasını genişləndirmək və həcmini artırmaq üçün geniş imkan verir.

Halallığına görə dövlət sertifikatı alan yerli brend  “Min bərəkət, Halal  nemət”  beynəlxalq sərgidə Azərbaycanı  ət və süd məhsulları ilə təmsil edib.

2009-cu ildən halal məhsul istehsal edən “Min Bərəkət, Halal Nemət” şirkəti halallığın bütün prinsiplərinə əməl etdiyinə görə “Min Bərəkət, Halal Nemət” adlı əmtəə nişanı almışdır. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, halal və keyfiyyətli məhsul istehsal etməkdir. Bütün bu keyfiyyətlər “Səhliyalı” firmasının qüsursuz nəticə əldə etməsinə səbəb olur.

1992-ci ildən etibarən hər il Moskvada  “Expocenter”də  “Worldfood Moscow” sərgisi keçirilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00