Bəzi nazirliklər ləğv edilir -  Prezident xalqın illərlə gözlədiyi addımı atır

Bəzi nazirliklər ləğv ediləcək – Prezident xalqın illərlə gözlədiyi addımı atır
Want create site? Find Free WordPress Themes and plugins.
Hökumətin tərkibində islahatların olacağı gözlənilir. Bəzi nazirliklər ləğv edilə və ya birləşdirilə bilər. Hazırda bu məsələlər gündəmdədir. Dəyişikliklərin edilməsi qaçılmazdır.
Bunu azvision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputatın fikrincə, Azərbaycanda hökumət elə formalaşmalıdır ki, dünyada gedən iqtisadi təlatümlər fonunda çevik qərarlar qəbul etmək mümkün olsun.
“Cənab prezident islahatlara başlayıb. Bu yaxınlarda Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi. Həmçinin Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu islahatlar yalnız birləşdirmə və ləğvetmə ilə yekunlaşmır. Həmçnin yeni qurumlar yaradılır. Bu yaxınlarda Dövlət Reklam Agentliyi yaradıldı. Agentliyin yaradılması çox vacibdir və reklam sahəsində olan gəlirləri tənzimləyəcək.
Ümumilikdə, islahatlar davam edəcək. İslahatların aparılması Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. İslahatların birdən-birə aparılması müəyyən problemlər yarada bilər. O baxımdan sistemli şəkildə həyata keçirilir”.
V.Əhmədov qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə də ciddi islahatlar aparılır: “Bank sistemində islahatlat aparılır və proses davam edəcək. Sözsüz ki, biz bankların birləşməsinin tərəfdarıyıq. İslahatlar bütün sahələri əhatə edir və davamlı olacaq”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar