Bill Gates ağıllı şəhər inşa edəcək

Bill Gates ağıllı şəhər inşa edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Bill Gatesə məxsus olan investisiya şirkətlərindən biri ABŞ-ın Arizona ştatında böyük bir ərazi almaq üçün 80 milyon dollar xərcləyib.

A24.az-ın technote-a istinadla verdiyi xəbərə görə, Arizona ştatının Feniks adlı rayonundan alınmış bu 10.000 hektarlıq ərazi ağıllı şəhər layihəsi üçün nəzərdə tutulub.

Bu barədə bir sıra ABŞ kütləvi informasiya vasitələri xəbər veriblər. Hal hazırda bu ərazi tamamilə boşdur. Plana əsasən həmin ərazidə Belmont adlı futuristik ağıllı şəhər inşa ediləcək. Həmin şəhərdə 80.000-ə yaxın yaşayış evi, mağazalar, məktəblər və s. tikiləcək.

“Belmont aparıcı texnologiyalar, yüksək sürətli rəqəmsal şəbəkələr, data mərkəzlər, yeni istehsalat texnologiyaları, avtopilot sistemli avtomobillər, avtomatlaşdırılmış logistika və s. kimi texnologiyalar əsasında qurulacaq infrastruktur və kommunikasiyaya sahib olacaq innovasiya cəmiyyətinin mərkəzi olacaq” – deyə şirkət bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar