Bill Qeyts: Özümü axmaq kimi hiss edirəm

Bill Qeyts: Özümü axmaq kimi hiss edirəm
Want create site? Find Free WordPress Themes and plugins.

Bill Qeyts, xarici dil bildiyi üçün Facebook-un qurucusu Mark Zukerberqə heyran olduğunu bildirib. Bill, xarici dil bilmədiyi üçün özünü axmaq kimi hiss etdiyini söylədi.

“Reddit” müzakirələrinə qatılan əfsanəvi Bill Qeyts heç bir xarici dildə danışa bilmədiyi üçün özünü axmaq kimi hiss etdiyini söylədi. 80 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin insanlarından olan Bill Qeyts həyatının ən böyük peşmanlığını belə izah etdi:

“Mark Zukerberqə heyranam. Lisey illərində Latın dili və Yunan dərsləri keçirilirdi. İkisindən də qiymətim “A” idi. Bu mənim söz ehtiyyatımı gücləndirdi amma kaş ki Fransız, Ərəb ya da Çin dilində danışabilsəydim. Bunlardan birinin, ən asanı olan Fransızca xüsusi dərslər keçməyi düşünürəm. Bir zamanlar mən də iki dil bilirdim amma bu uzun çəkmədi. Mark Zukerberq möhtəşəm şəkildə Çincəni öyrənib, Çinli tələbələrlə öz dillərində sual-cavab aparır. Bu gözəl bir şeydir.”

59 yaşındakı Bill Qeyts, Çinə ziyarətində Çin prezidenti Xi Yinpinq ilə İngilis dilində danışaraq söhbət etmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar