Binədəki qəzada yaralananların SON DURUMU

Binədəki qəzada yaralananların SON DURUMU
Want create site? Find Free WordPress Themes and plugins.
“Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1983-cü il təvəllüdlü Aygün Babayevanın vəziyyəti həkimlərin səyi nəticəsində yaxşılaşmağa doğru gedir”.
A24.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
O bildirib ki, xəstənin müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir.
Nazirlik rəsmisi əlavə edib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında isə 8 nəfər qalıb: “Onlardan biri reanimasiyadadır. Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır”.
Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.
A24.az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar