Bir damla qan - qurtarılan bir can

Bir damla qan – qurtarılan bir can
Want create site? Find Free WordPress Themes and plugins.

Ulduz Şokolad Fabriki keçən şənbə günü “Bir damla qan-qurtarılan bir can” adlı qanvermə aksiyasını həyata keçirib.

“A24.az” xəbər verir ki, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi. Könüllülük prinsipi əsasında həyata keçirilən aksiyada 200 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib.

Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşayiəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanıb.

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi insanda olan 23 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulurlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar