Bir ildə 8-ci Putin-Ərdoğan görüşü - Prezidentlərin gündəmində bu dəfə nələr var?

Bir ildə 8-ci Putin-Ərdoğan görüşü – Prezidentlərin gündəmində bu dəfə nələr var?
Want create site? Find Free WordPress Themes and plugins.

Soçidə Rusiya və Türkiyənin prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Baş Qərargah rəisi general Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezidentin sözçüsü İbrahim Kalın da iştirak edir.

Putinlə təkbətək görüşündə “İstər regionda ikitərəfli əlaqələrimiz, istərsə də region problemlərinə qarşı həmrəyliyimiz gələcəyə inamımızı daha da artırır”, – deyə Ərdoğan bildirib.

İkitərəfli görüşün əvvəlində çıxış edən Putin Rusiya-Türkiyə münasibətlərinin hərtərəfli canlandığını vurğulayıb.

Bir ildə 8-ci dəfə bir araya gələn iki liderin Suriya başda olmaqla bir sıra regional məsələlər barədə müzakirələr aparacağı gözlənilir.

Prezident iqamətgahındakı təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcəyi və daha sonra birgə mətbuat konfransı keçirmələri gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar