"Bizim Nəsil" ictimai birliyi 2 yaşlı Zəhranın faciəsi ilə bağlı BƏYANAT yaydı

“Bizim Nəsil” ictimai birliyi 2 yaşlı Zəhranın faciəsi ilə bağlı BƏYANAT yaydı
Want create site? Find Free WordPress Themes and plugins.

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin 4 iyul 2017-ci iltarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

“A24.az” ictimai birliyin bəyanatını təqdim edir:

4 iyul 2017 – ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bütün Azərbaycan ictimaiyyətini, o cümlədən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin üzvlərini hiddətləndirmişdir. Təxribat xarakterli bu vəhşilik aktı Ermənistan dövlətinin, Ermənistan hərbi – siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərmişdir.

Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücümlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı BMT – nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir. Üstəlik Ermənistan hərbi – siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəf alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli alçaq fəaliyyətlərini davam etdirir.

Təəssüf ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni – yeni terror fəaliyyətlərinə həvəsləndirir.

Ermənistan hərbi – siyasi rəhbərliyinin tapşırığına əsasən erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Biz, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi olaraq, beynəlxalq qurumlardan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini – uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarını qınamağı, işğal edilmiş Azərbaycan torpaqlarının qeydsiz- şərtsiz azad olunmasını üçün qərarlar qəbul etməyi tələb edirik.

#Karabakh  #NKpeace #stoparmenianaggresion #armenia  #AllforKarabakh #KarabakhNow #WorldMedia #armeniaNow #Knowarmenia #Stoparmenia #OSCE #OSCEMG

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar