Bizim və onların "dırnaqları" -  «“» - ARAŞDIRMA

Bizim və onların “dırnaqları” –  «“» – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

quotation-marksİlk baxışdan adi görünən bir sıra işarələrə yalnız bu gün kəsb etdiyi mənasına görə qiymət verilir. Ancaq onların hansı zərurətdən yaranmaları ilə yanaşı, görünüşlərinin necəliyi və bu necəliyin səbəbi də düşündürücüdür. Məsələn, “dırnaq işarələri”…

A24.Az dırnaq işarələri haqqında kiçik araşdırma təqdim edir.

İngilis dilçilərin fikrincə dırnaq işarələri sözə verilən bəzək, onun mənasına əlavə edilən hansısa yeni çaların işarəsidir. Doğrudan da bu işarə bəzəyə az oxşamır. Digər bir qənaət isə  bu işarələrin sözü əsl mənasından ayırmaq üçün qoyulan sərhəd işarələridir.

Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi.
Dırnaqlar öz görünüşlərinə görə də bir-birindən fərqlənirlər. Müxtəlif mədəniyyətlərdə mətndə bu işarə fərqli seçilib:

“Fransız dırnaqları: «yolka»
Alman dırnaqları: „lapka“
İngilis qoşa dırnaqları: “ingilis qoşa”
İngilis tək dırnaqları: ‘ingilis tək’
Polşa dırnaqları: „Polşa dırnaqları”
İsveç tərs dırnaqları: »İsveç«

Müxtəlif xalqların adı ilə bağlı olan “dırnaq işarələri” adları ilə də az diqqət çəkmir. Ən çox fərqli olan fransız dırnaqları olsa da, digər dırnaq işarələri də müəyyən qoyuluş forması ilə bir birindən fərqlənir. Sanki bu dırmaqlar adını daşıdıqları xalqların baxış bucağıdır.

Əksər kompüter klaviaturalarında “makina qoşa dırnaq işarəsi” əlçatan edilib. Bu işarələr vizual baxımdan çox diqqətçəkən olmasa da, artıq hər kəsin ən çox vərdiş etdiyi işarələrdir. Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman “lapka”sından istifadə edilir.
Azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı “makina qoşa dırnaq işarəsi” və «yolka» da geniş tədbiq edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmayıb.

Azərbaycan dilində “dırnaqarası” sözü də işlədilir. Bu məqam da dırnaq işarəsinə girdikdən sonra sözün həqiqi mənasına müəyyən don geyindirilməsi ilə bağlıdır. Yəni hər hansı ifadənin qarşısında “dırnaqarası” sözündən istifadə olunursa, bu o deməkdir ki, söhbət həmin ifadənin tərsindən, əsli olmayanından, qeyri-bərabərindən gedir.
Məsələn: Dırnaqarası alimlər.

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar