BMT Ukraynanın iki şəhərinin əhalisini evakuasiya etməyə çağırıb

BMT Ukraynanın iki şəhərinin əhalisini evakuasiya etməyə çağırıb
Want create site? Find Free WordPress Themes and plugins.
MT Ukrayna hərbçiləri və separatçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb.

“A24.az” “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki,  bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bununla əlaqədar BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uoker dərhal atəşkəsin əldə olunmasına çağırıb. Bu, mülki şəxslərə istədikləri təqdirdə hərbi əməliyyatlar zonasını tərk etməyə, humanitar təşkilatlara  isə əhaliyə yardım göstərməyə, dinc sakinlər və yaralıları evakuasiya etməyə imkan verəcək”, deyə S.Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə,dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bunu edə bilmirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar