“Bölgənin sözü” almanaxı rayonlarda təqdim edildi - FOTOLAR

“Bölgənin sözü” almanaxı rayonlarda təqdim edildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz, Qəbələ və Şəki rayonlarında həyata keçirilən ““Bölgənin sözü” əyalətdə yaşayan gənc yazarların tanıdılması” adlı layihənin icrası uğurla başa çatdırılmışdır.

A24.Az xəbər verir ki, layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Hacıyev Seymur Cavanşir oğlu tərəfindən icra olunmuş, layihə çərçivəsində Oğuz, Qəbələ və Şəki rayonlarında yaşayan şairlərin şeirlərindən ibarət “Bölgənin sözü” adlı almanax nəşr olunmuş, tanınmış yazıçıların, şairlərin, ziyalıların və almanaxda təmsil olunan müəlliflərin iştirakı ilə almanaxın təqdimatı keçirilmişdir.

Layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər müvafiq rayonların Gənclər və İdman İdarələrinin dəstəyi ilə baş tutmuş, çap olunmuş almanax oxuculara və müəlliflərə pulsuz paylanılmış, rayon kitabxanalarına hədiyyə edilmişdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar