Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

A24.Az APA-nın məlumatına görə, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Bolqarıstan prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar