Botoks kölgədə qalacaq- Gəncləşmək üçün yeni üsul

Botoks kölgədə qalacaq- Gəncləşmək üçün yeni üsul
Want create site? Find Free WordPress Themes and plugins.

Əgər botoks etdirməyi planlaşdırırsınızsa, qərarınızı yenidən nəzrdən keçirin. Çünki hipnoz  botoks, dərman və gəncləşmək üçün istifadə olunan  bütün üsullardan daha təbiidir.

A24.Az-ın məlumatına görə, mütəxəssislər hipnozun gəncləşmək üçün daha əlverişli olduğu qənaətinə gəlib.

Hipnoz botoksa nisbətən tamamilə fərqli icra olunur. Belə ki, insan özünü görünüşü və onu narahat edən digər düşüncələrdən uzaq tutmalıdır.

Bunu icra etdiyiniz andan etibarən kimyəvi maddələr dərinizin altında hərəkət etməyə başlayacaq, üzünüzdəki rəng, nəmlənmə səviyyəsi artacaq. Kimyəvi maddələr sinirləri oyadan və gərginliyi artıran hormonları azaltmaq üçün bir siqnal göndərəcək. Nəticədə dəridəki 5 böyük əzələ qrupu zəifləyəcək. Bütün bunlar üz gərginliyini azaldacaq, dəridə canlılıq və parlaqlıq əmələ gələcək.

Bu üsulu özünüz sınaqdan keçirə bilərsiniz. Bunun üçün gün ərzində özünüzə 5-10 dəqiqə ayırmanız kifayətdir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Maraqlı

Müzakirə

A24.Az