"Bravo" marketində döyülən şəxs satıcı deyilmiş - Təfərrüatlar

“Bravo” marketində döyülən şəxs satıcı deyilmiş – Təfərrüatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Nəsimi rayonunda yerləşən “Bravo” marketdə satıcı döyülərək xəsarət alıb.

“A24.az” xəbər verir ki, döyülən Pənah Ruşanovun yaxınlarının “Report”a verdiyi məlumata görə, o, “Bravo”nun “Bülbül Ekspres” filialında satıcı deyil, marketin müdir müavini vəzifəsində çalışır:

“Dünən ora bir firmadan üzərində istehsal tarixi olmayan mal gətirilib. Pənah Ruşanov belə malı qəbul edə bilməyəcəklərini bildirib. Bir qədər söhbətdən sonra firmanın nümayəndəsi ondan məsələnin iş otağında müzakirə olunmasını xahiş edib. Pənah razılaşaraq onu iş otağına dəvət edib. Otağa girdikdən sonra isə firmanın nümayəndəsi gözlənilmədən Pənah Ruşanovun başına ağır zərbə endirib, huşunu itirərək yerə yıxılıb. Qarşı tərəf isə buna əhəmiyyət verməyərək qapını arxadan bağlayıb heç kəsin içəri daxil olmasına imkan vermədən ona zərbələr endirib. Nəticədə Pənah Ruşanov kəllə-beyin travması alıb, burnu üç yerdən sınıb. Marketin işçiləri zorla qapını açaraq onu huşsuz halda yerdən qaldırıb xəstəxanaya çatdırıblar”.

Qohumlarının bildirdiyinə görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanıb. Lakin axşam saatlarında onun ata-anası xəstəxanaya P.Ruşanovun yanına gələrək, oğlanlarının əvəzindən üzr istəyib, onu bağışlamasını xahiş ediblər: “Pənah Ruşanov yaşlı valideynlərin xahişini yerə salmayaraq şikayət ərizəsini geri götürüb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar