Britaniya “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan etdi

Britaniya “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük Britaniya XİN-in dövlət naziri, baronessa Anelay qondarma “DQR”i də tanımadıqlarını bəyan edib

Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib. “A24.az” məlumat verir ki, Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib.

Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.

Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib.

Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar