Britaniyada ilk dəfə iki müsəlman oğlan “evləndi”

Britaniyada ilk dəfə iki müsəlman oğlan “evləndi”
Want create site? Find Free WordPress Themes and plugins.

Böyük Britaniyada ilk dəfə iki eynicinsli müsəlman arasında nikah bağlanıb.

A24.Az-ın xəbərinə görə, mərasim Uest-Midlends qraflığının Uolsoll şəhərində keçirilib. 24 yaşlı Cahid Çauduri və 19 yaşlı Şon Roqen nikah mərasiminə ənənəvi Banqladeş geyimində gəliblər.

“Biz bütün dünyaya sübut edəcəyik ki, həm “mavi ”, həm də müsəlman olmaq olar”, – Çauduri deyib.

Nəşr qeyd edir ki, seksual oriyentasiyasına görə Çauduri bir neçə dəfə müsəlmanlar tərəfindən döyülüb. O, 15 il getdiyi məsciddən də qovulub.

Gənc oğlan bildirir ki, dəyişilməsi üçün dərman qəbul edib, ziyarətə gedib, hətta qızla da görüşməyə başlayıb, lakin bunların heç biri ona kömək etməyib.

İntihar etmək istəyən Çaudurinin fikrincə, onu gələcək “əri” ilə tanışlıq xilas edib. (The Daily Telegraph)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar