Bu Agentliyinin institutu yaradıldı

Bu Agentliyinin institutu yaradıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində Elmi-Tədqiqat Layihə İnstitutu yaradılıb.

“A24.Az”ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, həmin institutun tərkibində tədris kombinatları yaradılıb: “Biz bölgələrdən işə götürülən sürücü və digər işçiləri institutda təşkil olunan kurslara cəlb edirik. Bölgələrdən gələn həmin şəxsləri biz burda yataqxana ilə də təmin edirik. Kursdan sonra həmin işçilər mütəxəssislərimiz tərəfindən yoxlanılır. Əgər onların işi bizi qane etməsə, yenidən kurslara göndəririk. Yəni yoldan anlayışı olmayan insanları işə cəlb etmirik”.

Qurum rəhbəri bildirib ki, Dövlət Agentliyində işə qəbulda əsasən gənclərə üstünlük verilir:

“Agentliyin 14 min işçisi var ki, onlardan 25-30 faizini gənclər təşkil edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar