Bu da "seyidlik vəsiqəsi" verən qazi və "vəsiqə" alan şəxs - Özləri danışır - VİDEO

Bu da “seyidlik vəsiqəsi” verən qazi və “vəsiqə” alan şəxs – Özləri danışır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Seyidlik vəsiqəsi alıb sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən şəxsi “Xəzər Xəbər” tapıb.

A24.Az xezerxeber.az-a istinadən bildirir ki, telefon zəngləriməzə cavab verən Elnur Tağıyev seyidlik vəsiqəsi aldığını etiraf edib. O, vəsiqəni almasına heç bir səbəb gətirməyib və bildirib ki, burada şişirdilməli bir şey yoxdur. Məlum olub ki, onun valideynləri Rusiyada yaşayır. Elə knd sakinləri də ehtimal edirlər ki, Elnur Tağıyev seyidlik vəsiqəsi alıb Rusiyaya geri qayıtmaq istiyirmiş və bu mqəsədlə də orada seyid adı ilə fəaliyyət göstərmək istəyib.

Vəsiqəni Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzov verib. Sənəd onun imzası və şəxsi möhürü ilə də təsdiqlənib.

Məsələ ilə bağlı təfərrüatları öyrənmək üçün hadisədə adı hallanan qazi Mirqiyas Təhməzovla söhbətləşdik.Qazi deyir ki, həmin şəxsi tanımır və o, telefonla əlaqə saxlayaraq seyid olduğunu bildirib. Bunun üçün də qazidən ona seyid oldğunu təsdiq etmək üçün vəsiqə verməsini istəyib.
Bundan sonra Elnur Tağıyev qazinin dedikləri ilə razılaşıb.

Qazi Mirqiyas Təhməzov deyir ki, həmin şəxsə seyidlik vəsiqəsi verməyib. O, özü vəsiqəni hazırlayıb.
Qafqaz Müsəlmanları İdarəsindən də qazinin vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirilib.

Qeyd olunub ki, QMİ heç bir vətəndaşa bu tip vəsiqə vermir və bu, qazinin şəxsi təşəbbüsü olub: “Möhürdən də göründüyü kimi bu idarənin yox, qazının möhürüdür”.
Bununla yanaşı məsələnin araşdırılacağı da bildirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar