Bu dövlət qurumuna yeni direktor təyin edildi 

Bu dövlət qurumuna yeni direktor təyin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

A24.Az xəbər verir ki,  bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.

E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə “Rossiyskiy Kredit” Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə “AZAL Bank”ın İH sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri sədri vəzifələrində işləyib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar