Bu filmlər Fətullah Gülənə xidmət edir

Bu filmlər Fətullah Gülənə xidmət edir
Want create site? Find Free WordPress Themes and plugins.

Türk mətbuatında Fətullah Gülən və ətrafının kütləyə təsir vasitəsi kimi bir neçə film çəkdiyi və bu filmlərlə də ideyalarını həyata keçirdiyi barədə məlumatlar yayıb. Məlumatlarda qeyd olunur ki, TBMM  və 15 iyul çevrilişə cəhdi araşdırmaqla məşğul olan komissiyanın hazırladığı qaralama hesabatda FETO-nun kinodakı izləri və filmlərdəki subliminal mesajlardan da bəhs olunur.
FETO-nun 2009-cu ildən etibarən 6 film çəkdiyi, bu filmlərin nümayişində təxminən 7 milyon bilet satıldığı vurğulanır. Hesabata görə, təşkilat imamları əsgərlərlə həftə sonları kinolarda görüşüb.
Hesabatda qeyd olunur ki, “Gülən camaatı, kinoda özünü göstərməyə 2009-ci ildə başlayıb. “Sırasıyla Kelebek” (2009), “Eşrefpaşalılar” (2010), “Allahın Sadiq Qulu: Barla” (2011), “Salam” (2013), “Birləşən Könüllər” (2014), “Salam: Bahara Səfər” (2015) filmləri bu ideologiya ilə lentə alınıb.  Türkiyədə filmə düşən orta tamaşaçı 100 min civarındaykən, bu 6 filmin kassa göstəricilərinin 1 milyonu aşması diqqət çəkicidir. Sözügedən filmler, Türkiyədə yüzlərlə salonda göstərilmişdir ki, bunun bir film üçün asan bir şey olmadığı kino tənqidçiləri tərəfindən təsdiq edilir.

Hesabatda o da göstərilir ki, gülən camaatının kinolarında təməl hekayə, xidmət hərəkatıdır. Ümumiyyətlə uzaq ölkələrə gedən müəllim, həkim və ya imam timsalında həsrət, qürbət, xidmət eşqi kimi məqamlar qabardılır.

Hesabatda, təşkilat imamlarının hərbi personal görüşmələrinin həftə sonları kafe, restoran, kino, ev kimi yerlərdə edildiyi vurğulanır.

fetullah

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar